“Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib

“Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında“Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin  qeyd olunması, gənclərdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, onlara vətəndaşlıq hisslərinin aşılanması, istedadlı gənclərin üzə çıxarılması, gənclər arasında bədii qiraətə marağın daha da artırılması olub. Müsabiqə iştirakçıları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş və vətənpərvərlik mövzusunda olan şeirlərlə çıxış ediblər.  İştirakçıların çıxışları 10 ballıq qiymət sistemi ilə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin üzvləri  Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şair Elxan Yurdoğlu və Qanun Ümman Qahablı çıxış edərək müsabiqə ilə bağlı öz fikirlərini bölüşüb, iştirakçılara öz tövsiyyələrini bildiriblər. Sonda münsiflər heyətinin qərarına əsasən Nail Fərzəliyev I, Turanə Niftəliyeva  II, Toğrul Cəfərli III yerə layiq görülüb.  Qaliblər  və həvəsləndirici yerlərin (3 nəfər) sahibləri diplom və qiymətli hədiyyəllərlə mükafatlandırılıb.